"İran hakimiyyəti münaqişəni diplomatik yolla həll etmək üçün ABŞ ilə atəşkəs rejimini qorumağa çalışır".


 






Modrrator.az TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Hindistanda brifinqdə bildirib.


 


"Atəşkəs çox kövrəkdir. Biz diplomatiyaya ikinci şans vermək üçün onu qorumağa çalışırıq", - deyə diplomat məlumat verib.


 


Nazir qeyd edib ki, bəzi ölkələr Tehran və Vaşinqton arasında aparılan danışıqları pozmağa can atırlar:


 


"Bəzi tərəflər danışıqları pozmağa və ABŞ-ni müharibəyə cəlb etməyə çalışırlar. Ümid edirik ki, proses sağlam düşüncə məcrasına qayıdacaq. Münaqişənin məhz danışıqlar yolu ilə həll olunacağını gözləyirik".