“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib - VİDEO
16 May 2026, 10:46 5 baxış 1 dəq oxuma
Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar uğurla tamamlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.
Yüksəksürətli katerlərlə sahildə yerləşən şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.
Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və desant qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.