Sumqayıtda kişi meyiti tapılıb.
 




Hadisə şəhərin Corat bağları yaşayış massivindəki fərdi yaşayış evində qeydə alınıb.
 
Baku TV-nin xəbərinə görə, 41 yaşlı Elməddin Ağayevin meyiti qonşular tərəfindən tapılıb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
"Hadisəni eşidib, şoka düşdük, inanmadıq. Heç kimin ondan narazılığı yox idi", - qonşu Baku TV-yə açıqlamasında bildirib.
 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.