Samux rayonunun Qarağacı kənd ərazisində balıq tutmağa gedən Bakı şəhər sakini 1952-ci il təvəllüdlü Sergey Qeorqiyeviç ehtiyatsızlıqdan boğularaq ölüb.


Moderator.az xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən meyit sudan çıxarılaraq ekspertizaya təhvil verilib.






Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma başlanılıb.