Fələstin HƏMAS-ın hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadın öldürüldüyünü təsdiqləyib.


Moderator.az xəbər verir ki, bu barədə HƏMAS-ın Teleqram kanalında məlumat yayılıb.






Bildirilib ki, İsrailin Qəzzada həyata keçirdiyi hava hücumu nəticəsində Həddad, həyat yoldaşı və qızı həlak olub.


Qeyd edək ki, daha öncə İsrailin İzzəddin əl-Həddadı öldürmək məqsədi ilə Qəzzada əməliyyat keçirdiyi xəbəri yayılmışdı.