İtaliya A Seriyasının 37-ci turunda "İnter" doğma meydanda "Verona" ilə heç-heçə edib.






Moderator.az xəbər verir ki, Milanın "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Matçda hesab 47-ci dəqiqədə açılıb. Qonaq komandanın müdafiəçisi Andrias Edmundsson topu öz qapısına göndərib.


Lakin "Verona" oyunun sonlarında hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Kiron Boui fərqlənib.


37 oyundan sonra "Verona"21 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Çempionluğu əvvəlcədən təmin edən "İnter Milan" isə 86 xalla birinci yerdədir.