Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.
Bu barədə Moderator.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.
4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.
İqtisadiyyat
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb
Mənbə:
moderator.az