Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.
 




Moderator.az xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb.
 
Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub.
 
Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.
 
Aidiyyəti qurumların araşdırma apardığı deyilir.