"Belə mükəmməl ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm".


Moderator.az xəbər verir ki, bu fikirləri Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) keçirilən Liderlər Sammitində deyib.






O bildirib ki, Bakı ənənə ilə yeniliyin, irs ilə şəhər inkişafının gözəl nümunəsidir:


"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (UN-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Forumun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik".