"Barselona" futbol klubu baş məşqçisi Hans-Diter Fliklə müqavilənin müddətini uzadıb.


Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.






Tərəflər arasında əldə olunan yeni razılaşmaya əsasən, 61 yaşlı almaniyalı mütəxəssisin sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.


Xatırladaq ki, təcrübəli mütəxəssis 2024-cü ildən etibarən "Barselona"nın sükanı arxasındadır və son iki mövsümdə klubla İspaniya çempionu olub.