Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sözügedən istiqamət üzrə reysləri ləğv olunub.


Bu barədə Moderator.az-a səhmdar cəmiyyətdən bildirilib.






Qeyd olunub ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.


"Sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır", - məlumatda vurğulanıb.