Sumqayıtda evdə meyit aşkarlanıb.


Moderator.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.






1985-ci il təvəllüdlü Məmmədov Elşən Oruc oğlunun meyiti yaşadığı evdə aşkar edilib.


Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Meyitə baxış keçirilib və aidiyyəti üzrə araşdırmalara başlanılıb.


Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.