Sahibə Qafarova: "Belarus şirkətləri Qarabağın bərpasında fəal iştirak edir"
19 May 2026, 14:25 6 baxış 1 dəq oxuma
"Belarus şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edir".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, iki ölkə arasında iqtisadi-ticari və sənaye sahələrində mühüm layihələr uğurla reallaşdırılır:
"Bu istiqamətdə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belarus şirkətlərinin azad edilmiş torpaqlarımızın bərpası işlərinə cəlb olunması və bu prosesdə iştirakı tərəfimizdən məmnunluqla qarşılanır".