Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5.6 bal gücündə zəlzələ baş verib.
 




Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
 
Seysmik hadisənin episentri 7 kilometr dərinlikdə olub.
 
Məlumata görə, yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
 
Dağıntı və itki barədə məlumat verilməyib.