Azərbaycanın stolüstü tennisçiləri Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
20 May 2026, 14:11 40 baxış 1 dəq oxuma
Azərbaycanın stolüstü tennisçiləri mayın 21-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək "Prezident Kuboku"nda mübarizə aparacaqlar.
Bu barədə Moderator.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaqlar.