"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
 




Bu barədə Moderator.az-a AZAL-dan məlumat verilib.
 
Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.
 
Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.