Sinqapurda saxlanılan İran gəmisində olan 20 dənizçi İrana qayıdıb.








Moderator.az-ın məlumatına görə, bu barədə İranın Pakistandakı səfiri bildirib.


O, dənizçilərin geri qaytarılması istiqamətində göstərilən səylərə görə Pakistan rəsmilərinə təşəkkür edib.


Səfir qeyd edib ki, ABŞ-ın Sinqapur sularında ələ keçirdiyi gəmidə olan 20 dənizçi İrana qayıdıb.