Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.


Moderator.az xəbər verir ki, bununla bağlı Ankara Məhkəməsi qərar qəbul edib.








Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.


Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.


Bu qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir.