Bu gün Misli Premyer Liqasında XXXIII - son turun növbəti oyunları keçiriləcək.


Moderator.az xəbər verir ki, günün ilk oyunu Masazırda baş tutacaq. "Turan Tovuz" komandası çempion "Sabah"la üz-üzə gələcək.






"Bank Respublika Arena"da keçiriləcək qarşılaşmanın start fiti 17:00-da çalınacaq. XXXII turdan sonra "Turan Tovuz" komandası 59 xalla üçüncü, "Sabah" klubu isə 75 xalla birinci sırada qərarlaşıb.


Günün son matçında isə "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.


Xatırladaq ki, aktivində 38 xalı olan "Sumqayıt" komandası turnir cədvəlinin yeddinci, Qurban Qurbanovun 66 xalı olan kollektivi isə ikinci pillədə qərarlaşıb.


Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.


Misli Premyer Liqası


XXXIII tur


22 may


17:00. "Turan Tovuz" - "Sabah"


Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev


VAR: Tural Qurbanov


AVAR: Teymur Teymurov


Hakim-inspektor: Feyzulla Feyzullayev


"Bank Respublika Arena".


19:30. "Sumqayıt" - "Qarabağ"


Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı


VAR: Fərid Hacıyev


AVAR: Eyyub İbrahimov


Hakim-inspektor: Ceyhun Haşımov


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.