Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.


Moderator.az xəbər verir ki, Niderland Kralının təbrik məktubunda deyilir:






"Zatı-aliləri cənab Prezident.


Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.


Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".