İran və ABŞ arasında yeni saziş layihəsi bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.


Moderator.az-ın xəbərinə görə, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.






Telekanalı 10 bənddən ibarət sənədin tam versiyasını dərc edib.


Saziş aşağıdakıları nəzərdə tutur:


- Quru, dəniz və hava da daxil olmaqla, bütün cəbhələrdə dərhal, hərtərəfli və qeyd-şərtsiz atəşkəs;


- Hərbi, mülki və ya iqtisadi infrastruktura zərbələr endirilməməsi ilə bağlı qarşılıqlı öhdəlik;


- Hərbi əməliyyatlara və informasiya müharibəsinə son qoyulması;


- Suverenliyə, ərazi bütövlüyünə hörmət və ölkələrin daxili işlərinə müdaxilə edilməməsi;


- Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində gəmi nəqliyyatının azad edilməsi;


- İcranın monitorinqi və mübahisələrin həlli üçün birgə mexanizm;


- Yeddi gün ərzində həll olunmamış məsələlər üzrə danışıqların keçirilməsi;


- İranın sazişin şərtlərinə sadiq qalması müqabilində ABŞ sanksiyalarının tədricən aradan qaldırılması;


- Sazişin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğunluğu;


- Sənədin hər iki tərəf rəsmi elan etdikdən dərhal sonra qüvvəyə minməsi.


"Əl-Ərəbiyyə"ni bilgiləndirən mənbələrinin sözlərinə görə, layihənin yekun variantının yaxın bir neçə saat ərzində elan edilməsi gözlənilir. Sənəddə İranın nüvə silahlarından bəhs edilmir.


Xatırladaq ki, İran və ABŞ arasında 8 apreldən bəri atəşkəs rejimi qüvvədədir. ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahlarından imtina etməyə razı olduğunu iddia edib. Həmçinin ABŞ bu həftə İrana yeni sülh sazişi layihəsini təqdim edib.