Türkiyə Kubokunda final oyunu keçirilib.


Moderator.az xəbər verir ki, həlledici qarşılaşmada “Trabzonspor” və “Konyaspor” üz-üzə gəlib.






Matç Trabzon təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


“Trabzonspor”un heyətində Pol Onuaçu dubl edib. Nigeriyalı hücumçu 17-ci dəqiqədə hesabı açıb, 78-ci dəqiqədə isə penaltidən fərqlənərək komandasına kuboku qazandırıb.


“Konyaspor”un yeganə qoluna 49-cu dəqiqədə Cekson Muleka imza atıb.