ABŞ Prezidenti Donald Tramp Tulsi Qabbardın Milli Kəşfiyyat direktoru vəzifəsindən ayrıldığını təsdiqləyib.


Moderator.az-ın məlumatına görə, Tramp “Truth Social” hesabında paylaşım edərək bildirib ki, Qabbard son ilyarım ərzində mühüm işlər görüb:







“Tulsi inanılmaz iş gördü və biz onun üçün darıxacağıq”.




ABŞ lideri qeyd edib ki, Qabbard həyat yoldaşında xərçəng aşkarlanaşkarlandığına görə iyunun 30-da administrasiyanı tərk edəcək.


Trampın sözlərinə görə, Milli Kəşfiyyat rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq Qabbardın birinci müavini Eron Lukas icra edəcək.