Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.






Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ-2106 və "Chevrolet" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.


Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə deformasiyaya uğramış VAZ-da sıxılı vəziyyətdə qalan sərnişin - 2000-ci il təvəllüdlü Əşrəf Mahir oğlu Nəcəfovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.