Özgür Özel Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri seçilib.


Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, qərar CHP-nin qərargahında deputatların qapalı iclasında qəbul edilib.






Məlumata görə, toplantı Özgür Özelin sədrliyi ilə baş tutub. O, iclasda iştirak edən 96 deputatdan 95-nin səsini qazanıb.


Bir səs etibarsız sayılıb. Xəstəlik, dəfn mərasimi və ya xaricdə olması səbəbindən iclasa qatıla bilməyən 15 parlament üzvü də Özeli dəstəklədiyini bildirib.