Ucarda yol qəzası olub, ölən var.


Moderator.az-ın xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Qazyan kənd sakini, 1959-cu il təvəllüdlü Xanlar Abdullayevin idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Turan Hüseynovun idarə etdiyi "Mercedes sprinter" markalı maşın toqquşub.






Nəticədə "VAZ 2107"-nin sürücüsü hadisə yerində həyatını itirib.


Fakt araşdırılır. (APA)


 


Məqaləyə dair fotomateriallar:




  •