Şəki rayonunun Baş Zəyzid kəndində baş verən güclü sel daşqını ciddi fəsadlar törədib.


Moderator.az oxu.az-a istinadən xəbər verir ki, dağlıq ərazidən gələn güclü sel suları kənd ərazisindən keçərək iki körpünü dağıdıb.






Kənd sakinlərinin sözlərinə görə, dağılan iki körpü əhalinin gediş-gəlişi üçün mühüm əhəmiyyət daşıyır.