Bakıda sərnişin avtobusu qəzaya düşüb.


Moderator.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı “İzmir dairəsi” adlanan ərazidə qeydə alınıb.






Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.


Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər.


Qəzanın başvermə səbəbi araşdırılır.