Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.


Moderator.az-ın məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlama yayıb.








Məlumata əsasən, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.


Dağıntı və insan tələfatı ilə bağlı heç bir məlumat verilməyib.