Laricani qətlindən düz 24 saat öncə hansı "böyük işi" görmüşdü?..-"Fars News"
26 May 2026, 07:17 8 baxış 1 dəq oxuma
"Laricaninin öldürülməsi ilə bağlı bizim bilmədiyimiz, lakin sizin xəbərdar olduğunuz hər hansı bir məqam varmı?"
Moderator.az "Azad İran" telegram-kanalına istinadla xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin keçmiş sözçüsü Hüseyn Entezami, SEPAH-a bağlı xolan "Fars News" xəbər agentliyinin müxbirinin bu sualına cavab olaraq Əli Laricaninin ölümündən əvvəl son işi haqda danışıb:
"Onun etdiyi ən böyük şey, ölümündən cəmi 24 saat əvvəl Ali Milli Təhlükəsizlik Şurasında sülh planını təsdiqləməsi oldu. Sülh yolunu necə gedəcəyimizə, daha doğrusu, danışıqlar yoluna, yəni bir-biri ilə bağlı olan atəşkəs, sülh və danışıqlara dair çərçivə Milli Təhlükəsizlik Ali Şurasının hər bir üzvünün təsdiqi və imzası ilə qəbul edildi".