Son günlər bəzi ərazilərdə yağan intensiv yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.


Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.






Hazırda Zərdab rayonu ərazisində Nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən müvafiq təhlükəsizik tədbirləri görülür, o cümlədən suçəkmə işləri həyata keçirilir.