Mərakeş, Meksika və Serbiya səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar.
 




Moderator.az xəbər verir ki, müvafiq paylaşımlar diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində edilib.
 
Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş yazıb: "Bayramınız mübarək! Qoy hər il rifah və sevinc gətirsin".
 
"Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik!", - Meksikanın Azərbaycandakı səfirliyinin mesajında deyilir.
 
Serbiyanın Azərbaycandakı səfirliyi də bütün müsəlmanlara firavanlıq və sevinc dolu bayram arzulayıb.