Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın paytaxtı Bratislavada ötən gün start götürən Avropa çempionatında ilk oyununu keçirəcək.
 




Moderator.az xəbər verir ki, millimiz Avstriya yığması ilə üz-üzə gələcək.
 
"Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
 
Elşad Quliyevin baş məşqçisi olduğu komanda mayın 29-u və 30-da F qrupunda İtaliya və Fransa milliləri ilə qarşılaşacaq.