İsrail Müdafiə Ordusu Beyrutun cənubunda Livan ərazisinə zərbə endirdiyini bəyan edib.


Moderator.az "The Times of Israel"ə istinadən xəbər verir ki, zərbə Əş-Şuveyfat rayonuna endirilib.






Təhlükəsizlik xidmətlərindəki mənbə İsrail zərbəsinin hədəfinin "Hizbullah"la birgə fəaliyyət göstərən "İmam Hüseyn" diviziyasının raket bölməsinin rəhbəri Əli əl-Hüsni ola biləcəyini bildirib.


Hazırda onun hücum nəticəsində ölüb-ölmədiyi məlum deyil. İsrail Müdafiə Ordusu sonradan əlavə məlumat verəcəklərini bildirib.