Cəlilabad sakini suda boğulub.


Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.






Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib.


Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.