Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Motor Lublin" klubundan ayrılır.
 




Moderator.az bu barədə Lublin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
 
Bildirilir ki, 27 yaşlı futbolçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.
 
"Renat, "Motor Lublin"də oynadığınız üçün təşəkkür edirik və gələcək karyeranızda sizə uğurlar arzulayırıq!" - deyə məlumatda vurğulanır.
 
Qeyd edək ki, 2025-ci ilin iyulunda "Motor" klubuna qoşulan Dadaşov komandanın heyətində 22 oyun keçirib.