Son vaxtlar adı Türkiyə, Rusiya və Avropanın müxtəlif komandaları ilə yanaşı çəkilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb.


Moderator.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə 3 illik sözləşməyə imza atıb.






Bildirilib ki, yeni anlaşmaya əsasən, Qurbanov 2029-cu ilin yayına qədər “Qarabağ”a rəhbərlik edəcək.


Qeyd edək ki, bu barədə ilk məlumatı “Sportinfo.az” yayıb.