Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə bu gün start veriləcək.


Moderator.az xəbər verir ki, ilk olaraq raundun 4 oyunu baş tutacaq.






Minifutbol üzrə Avropa çempionatı


1/8 final


19:30. Bosniya və Herseqovina - Macarıstan


21:00. Bolqarıstan - Fransa


22:30. Polşa - Gürcüstan


00:00. Ukrayna - Portuqaliya


Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu iyunun 1-də keçiriləcək. Azərbaycan millisi Qazaxıstanla üz-üzə gələcək.