Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında güclü yanğın başlayıb.
 




Moderator.az bu barədə Baku.ws-ə istinadən xəbər verir.


İlkin məlumatlara görə, yanan ərazi əsasən kol-kos və quru otdan ibarətdir. Güclü külək alovun yayılmasına şərait yaradıb, nəticədə magistral yolu kəskin tüstü dumanı bürüyüb.




 
Yanğınla əlaqədar yolda avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşib.