Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında baş verən yanğın söndürülüb.
 




Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Qeyd edilib ki, FHN-in yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə yanğının qarşısı alınıb.
 

20:52
Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında güclü yanğın başlayıb.
 
Moderator.az bu barədə Baku.ws-ə istinadən xəbər verir.


İlkin məlumatlara görə, yanan ərazi əsasən kol-kos və quru otdan ibarətdir. Güclü külək alovun yayılmasına şərait yaradıb, nəticədə magistral yolu kəskin tüstü dumanı bürüyüb.




 
Yanğınla əlaqədar yolda avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşib.