Sinqapur Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 




Moderator.az xəbər verir ki, təbrikdə deyilir:
 
"Zati-aliləri.
 
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
 
Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm".