Tennis üzrə Böyük Dəbilqə turnirlərinin 23 qat qalibi, dünyanın keçmiş bir nömrəli raketka ustası, 44 yaşlı amerikalı Serena Uilyams rəsmən tennisə qayıdır.


 






Moderator.az bu barədə Championat.com-a istinadən xəbər verir.


 


Londonun "WTA-500" kateqoriyalı ot örtüklü turnirin təşkilatçıları əfsanəvi amerikalının 2026-cı ildə cütlüklər arasında keçiriləcək yarışlarda çıxış edəcəyini elan ediblər.


 


Turnir iyunun 8-dən 14-dək baş tutacaq.


 


44 yaşlı Uilyams karyerasını 2022-ci ABŞ açıq çempionatından (US Open) sonra bitirmişdi.


 


Həmin vaxt Serena üçüncü mərhələdə avstraliyalı Ayla Tomlyanoviçə məğlub olmuşdu.