DÇ öncəsi millilərin yoldaşlıq görüşləri davam edir.


Moderator.az xəbər verir ki, Türkiyə millisi hazırlıq oyununda Şimali Makedoniya millisi ilə qarşılaşıb.








Görüş "ağ-qırmızılar"ın 4:0-lıq darmadağını ilə yekunlaşıb.


Türkiyə millisinin heyətində qolları Orkun Kökçü, Can Uzun, Deniz Gül, Barış Alper Yılmaz vurub.


Qeyd edək ki, 2026 Dünya Çempionatı iyunun 11-i start götürəcək.