"Şamaxı" futbol klubu yeni baş məşqçisinin adına aydınlıq gətirib.
 




Moderator.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
 
Klub rəhbərliyi ilə aparılan danışıqlardan sonra tərəflər Azər Bağırovun təyinatı ilə bağlı razılıq əldə ediblər. Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Beləliklə, Azər Bağırov qarşıdakı mövsümdən etibarən Premyer Liqa təmsilçisinin sükanı arxasında çalışacaq.
 
Qeyd edək ki, 40 yaşlı məşqçi son olaraq "Kəpəz" klubuna rəhbərlik edib.