"Canqmi" şiddətli tropik fırtınası Yaponiyanın cənub-qərbini vurub və onminlərlə evi elektriksiz qoyub.
 




Bu barədə ASN telekanalı məlumat verib.
 
"Yaponiyanın cənub-qərbindəki Kaqosima bölgəsində 30 mindən çox ev və Okinavada daha 17 min ev elektriksiz qalıb", - deyə məlumatda bildirilib.
 
Yaponiya hökumətinin nümayəndəsi Minoru Kixara bildirib ki, "Canqmi" tayfunu nəticəsində Okinavada doqquz nəfər xəsarət alıb. Bundan əlavə, qeyd edilir ki, Yaponiyanın iki ən böyük aviaşirkəti olan "All Nippon Airways" və "Japan Airlines" bazar ertəsindən çərşənbə gününə (1-3 iyun) planlaşdırılan ümumilikdə təxminən 600 uçuşu ləğv edib. /oxu.az/