Bu gündən 4 iyun günorta saatlarına qədər Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
 




Bu barədə Moderator.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
 
Məlumata görə, fasiləyə səbəb yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işlərinin aparılmasıdır.