Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını təşkil edib.
 




Moderator.az xəbər verir ki, ənənəvi olaraq keçirilən tədbir şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır. 
 
Sərgidə 32 nəfərin 430-a qədər rəsm əsəri və əl işi nümayiş olunub. 
 
Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan bütün məhsullar satılıb.