Türkiyənin Giresun bölgəsində torpaq sürüşməsi: Sakinlər təxliyə edildilər - VİDEO
02 Jun 2026, 14:25 1 baxış 1 dəq oxuma
Giresunun Bulancaq rayonunda güclü yağışlardan sonra yaranan torpaq sürüşmələri səbəbindən 22 ev təhlükəsizlik məqsədilə təxliyə edilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, rayonun Bayındır kəndi və Kovanlık qəsəbəsində yağıntıların ardınca fərqli nöqtələrdə torpaq sürüşməsi qeydə alınıb. Məlumat daxil olduqdan sonra əraziyə jandarm, Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) və bələdiyyə qrupları göndərilib.
AFAD əməkdaşlarının apardıqları yoxlamalardan sonra Bayındır kəndində 16, Kovanlık qəsəbəsində isə altı ev ehtiyat tədbiri olaraq boşaldılıb. Qrupların kənd və qəsəbə ərazisindəki fəaliyyəti davam edir. /oxu.az/