Livanın İsraillə müharibədən itkiləri 20 milyard dolları keçib və hərbi əməliyyatlar davam edərsə, 25 milyard dollara çata bilər.


Moderator.az-ın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.






"Livanın maliyyə naziri Yassin Caber müharibədən dəyən zərərin 20 milyard dolları keçdiyini bəyan edib", - deyə məlumatda bildirilib.


Nazir qeyd edib ki, iqtisadi və sosial zərərin tam miqyası yalnız hərbi əməliyyatlar bitdikdən və qaçqınlar dağıntılara məruz qalmış ərazilərə qayıtdıqdan sonra bəlli olacaq.