107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.


Bu barədə Moderator.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.






Bildirilib ki, bu marşrutlar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi və Maştağa qəsəbələri ilə əlaqələndirir.


İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.


Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.